13 C
Baku
Tuesday, May 7, 2024

Ər-Riyadda bərpa olunan enerji ilə işləyən meqa hava limanı tikiləcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman paytaxt Ər-Riyadda Kral Salman Beynəlxalq Hava Limanı layihəsinin başladığını rəsmən elan edib.

Banker.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Vəliəhd şahzadə Bin Salmanın açıqlamasına görə, yeni hava limanı Ər-Riyadı dünyanın 10 ən böyük şəhər iqtisadiyyatından birinə çevirmək planına və 2030-cu ilədək paytaxt əhalisinin 15-20 milyon artımı ilə ayaqlaşmağına töhfə verəcək.

Təxminən 57 kvadrat kilometr ərazidə tikiləcək Kral Salman Hava Limanı dünyanın ən böyük hava limanlarından biri olacaq.

Ərazidə “Kral Xalid Zalı” adı altında zallar və 6 uçuş-enmə zolağından əlavə, 12 kvadrat kilometrlik yardımçı obyektlər, yaşayış binaları, əyləncə məkanları, ticarət mərkəzləri və bir çox logistika obyektləri yer alacaq.

Plana əsasən, hava limanının illik sərnişin daşıma qabiliyyəti 2030-cu ilə qədər 120 milyon sərnişinə çatacaq. 2050-ci ilə qədər isə illik 185 milyon sərnişin, 3.5 milyon tona qədər yük daşımağı hədəfləyir.

Layihənin qeyri-neft ÜDM-ə ildə təqribən 27 milyard riyal (7.2 milyard dollar) töhfə verəcəyi və 103 000 nəfərə birbaşa və ya dolayısı ilə iş imkanları təqdim edəcəyi gözlənilir.

Həmçinin, oilandgasmiddleeast.com-un məlumatına görə, vəliəhd şahzadə açıqlamasında bildirib ki, hava limanı bərpa olunan enerji ilə işləyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər