12 C
Baku
Friday, March 29, 2024

Ərdoğan Azərbaycan Prezidentinə üstündə “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib

Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.

Qardaş ölkənin lideri üstündə Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev deyib: “Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə”.

Rəcəb Tayyib Ərdoğan: “Biz Şuşaya səfər etdik. Saatların üstündə Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur”.

Prezident İlham Əliyev: “Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!”

Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.

baa675af f66b 3a42 8137 87817e953cc0 321e3d7246e 7970 33e3 b18b 6aac8281ab4e 321

Son xəbərlər
Digər xəbərlər