Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup yəhudi liderlərə İsrailə səfər etməyi planlaşdırdığını deyib.
Banker.az xəbər verir ki, bu barədə həmin yığıncaqda müxbiri olan “Jewish Telegraphic Agency” bildirib.
Ərdoğan həmçinin Amerika yəhudi təşkilatlarının liderləri ilə görüşdə antisemitizmin “insanlığa qarşı cinayət” olduğunu deyib.
Türkiyə lideri nə vaxt səfər edəcəyini açıqlama verməyib.
Türkiyə və İsrail arasındakı 2010-cu ildən soyuqlaşan münasibətləri son dövrlər isinməyə başlayıb. İki ölkə artıq bir-birlərinə səfirlər təyin edirlər.
İsrail artıq İrit Lilianı Türkiyədə səfir təyin edib.