Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşəcək.
“Haber Global”ın məlumatına görə dövlət başçıları iyunun 14-də keçirilən NATO sammiti öncəsi bir araya gələcəklər.
“NATO daxilində müttəfiqlər arasındakı münasibətlər önəmlidir. Bu məsələyə aydınlıq gətirmək üçün Ərdoğanla sammitdən əvvəl görüşəcəyik”, – deyə Fransa prezidenti bildirib.