10 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan meşə yanğınlarını beynəlxalq təhlükə adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının koronavirus pandemiyası və terrorizmlə müqayisə edilə bilən beynəlxalq təhlükəyə çevrildiyini söyləyib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Meşə yanğınları – beynəlxalq təhlükədir. O, COVID-19 pandemiyası, hətta terrorizmlə müqayisə oluna bilər”, – deyə Ərdoğan “A Haber” telekanalına verdiyi müsahibədə vurğulayıb.

Onun sözlərinə görə, bütün dünya meşə yanğınları təhlükəsi ilə üz-üzədir. Hal-hazırda ABŞ, Kanada, Rusiya, İspaniya, İtaliya və Afrika ölkələrində meşələr yanır və bu problem iqlim şəraitindən qaynaqlanır.

Prezident son səkkiz gündə Türkiyədə 187 meşə yanğınının baş verdiyini, 15 yanğının hələ davam etdiyini, yanğının söndürülməsində 20 təyyarənin və 51 helikopterin iştirak etdiyini əlavə edib.

Son xəbərlər
Digər xəbərlər