Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir – Yenilənib

13:40 – Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib.

Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulanıb.


11:47 – Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir.

69ec6ffd49e2869ec6ffd49e29177710284569ec6ffd49e2269ec6ffd49e25
69ec6ffd51c8a69ec6ffd51c8b177710284569ec6ffd51c8669ec6ffd51c88
69ec6ffd589ce69ec6ffd589cf177710284569ec6ffd589cb69ec6ffd589cc
69ec6ffd7906f69ec6ffd79070177710284569ec6ffd7906c69ec6ffd7906d
Son xəbərlər
Digər xəbərlər