23 C
Baku
Friday, April 19, 2024

Ərdoğan növbəti Zirvə Görüşündə Türkmənistanın TDT-yə üzv ola biləcəyini açıqlayıb

Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə Görüşü zamanı liderlər türk dünyasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair razılığa gəlib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, üç ölkə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələri gücləndirmək haqqında da həmfikir olub: “Mən regional və qlobal enerji, nəqliyyat və ticarət infrastrukturlarının inkişafında açar rol oynayan üç əsas ölkəni birləşdirən Zirvə Görüşünün mütəmadi keçirilməsinə xüsusi əhəmiyyət verirəm”.

Ərdoğan əlavə edib ki, artıq Türkmənistanın TDT-na tam üzv olması prosesi başlayıb və bu rəsmi olaraq təşkilatının növbəti Zirvə Görüşündə baş tuta bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər