“FINCA Azərbaycan” BOKT-a yeni Marketinq departamentinin rəhbəri təyin edilib.
Banker.az-ın məlumatına görə, bu vəzifə Əli Daşdəmirova həvalə edilib.
O, 2026-cı ilin may ayından sentyabr ayına qədər “Profex Group” şirkətində Marketinq direktoru vəzifəsində çalışıb. 2013-cü ilin yanvar ayından 2025-ci ilin dekabr ayına kimi isə “Bank Respublika”nın Marketinq Departamentinin direktoru olub.
Həmçinin Azərbaycan Banklar Assosiasiyasında “Marketinq və PR üzrə” Ekspert Qrupunun sədridir.
Əli Dəşdəmirov University of York və Université de Strasbourg üzrə MBA təhsili alıb.







