Türkiyə prezidenti Rusiyaya Suriyadakı neftə birgə nəzarət etməyi təklif edib. Onun sözlərinə görə, Putin bu təklifə “ola bilər” cavabını verib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mən Putinə belə bir təklif irəli sürmüşəm: gəlin buradan əldə etdiyimiz neftin köməyi ilə Suriyanı bərpa edək – Türkiyə podratçı işləri, Rusiya isə məsələnin maliyyə tərəfini öz üzərinə götürəcək”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri tərəflərin ümumi razılığa gəldiyi təqdirdə, eyni təklifi Donald Trampa irəli sürəcəyini vurğulayır.