Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Dohada Qətər Əmiri Şeyx Təmim bin Hamed əl-Sani ilə ikitərəfli görüş keçirib.
“Haberturk” xəbər verir ki, görüş Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 7-ci toplantısı çərçivəsində keçirilib.
Bildirilib ki, liderlərin görüşünün ardınca heyətlərarası dialoq başlayacaq.
Bundan sonra iki ölkə arasında müqavilələrin imzalanması gözlənilir.