12 C
Baku
Thursday, March 28, 2024

Ərdoğan “Sakarya” yatağından hasil ediləcək qazın istehlakçılara paylanacağı tarixi açıqlayıb

“Bu ilin mart ayının sonuna kimi Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” yatağından hasil ediləcək təbii qaz istehlakçıları çatdırılmağa başlanılacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirmişdi ki, “Sakarya” yatağında 50-dən çox gəminin iştirakı ilə işlər davam edir. Hazırda 10 quyu qazılıb və onların sayının 2026-cı ilə qədər 40-a çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, yataqdakı təbii qaz ehtiyatlarının həcmi 710 milyard kubmetrə çatır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər