“Biz Türkiyəni dünyada fəlakətlərə ən hazırlıqlı ölkə etməkdə qərarlıyıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib ki, ölkədə Fəlakətlərin İdarə Edilməsi Şurası yaradılacaq.
“Tariximizin ən ağır insan itkisi və dağıntılarından biri olan 6 fevral zəlzələlərini fəlakətlərdə yeni mərhələnin başlanğıcı edəcəyik. Bundan sonra daha tez və praktiki fəaliyyət göstərəcəyimizə şübhə yoxdur”, – Ərdoğan qeyd edib.