20 oktyabr 2026-cı il tarixində saat 10:00-da dövlət qurumlarının balansında olan 25 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri arasında minik avtomobilləri, mikroavtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:
| № | Balanssaxlayıcı müəssisə | Avtomobilin markası | Buraxılış ili | Start qiyməti (AZN) | 10% beh (AZN) | Əlaqəli şəxs / Telefon |
| 1 | Nəsimi RİH | NISSAN MAXIMA | 2003 | 4 500 | 450 | Eylazov Həmid (050 361 78 71) |
| 2 | FHN Mülki Müdafiə Qoşunları | QAZ 3110 | 2000 | 1 400 | 140 | Məmmədov Əhməd (051 428 30 02) |
| 3 | Ailə, Qadın və Uşaq Problemləri üzrə DK | TOYOTA CAMRY | 2011 | 9 500 | 950 | Sadıxov Səməd (055 291 55 25) |
| 4 | Saatlı RİH | QAZ 31105 120 | 2005 | 2 700 | 270 | Məmmədov Tural (070 277 94 33) |
| 5 | Ağdaş Rayon Mərkəzi Xəstəxanası | UAZ-3962, VAZ-2121 (3 ədəd) | 1985-1991 | 4 950 | 495 | Allahverdiyev Ramiq (050 255 78 46) |
| 6 | ƏƏSMN | MITSUBISHI L300 (mikroavtobus) | 1995 | 1 750 | 175 | Rəhimli Nicat (070 214 14 99) |
| 7 | ƏƏSMN | QAZ 2410 | 1992 | 500 | 50 | Rəhimli Nicat (070 214 14 99) |
| 8 | Korporativ İdarəetmənin Təşkili Mərkəzi | VAZ-21074 (xüsusi təlim) | 2000 | 550 | 55 | Mehdiyev Kənan (010 213 47 13) |
| 9 | Dövlət Ehtiyatları Agentliyi | CHEVROLET NIVA 2123 | 2007 | 1 900 | 190 | Misirov Elmin (055 899 55 57) |
| 10 | DTX-nin Heydər Əliyev adına Akademiyası | HYUNDAI EQUUS | 2014 | 12 000 | 1 200 | Növbətçi hissə (012 405 76 77 / 012 405 95 45) |
| 11 | Dövlət İmtahan Mərkəzi | VOLKSWAGEN PASSAT | 2010 | 3 800 | 380 | Qaralov Vüsal (055 224 54 25) |
| 12 | Azərbaycan Memarlıq və İnşaat Universiteti | PEUGEOT 406 | 2002 | 1 250 | 125 | Əliyev Əbülfət (050 799 99 67) |
| 13 | AR Prezidentinin İşlər İdarəsi | MERCEDES BENZ S320 | 1998 | 10 500 | 1 050 | (055 376 55 90) |
| 14 | Aqrar Xidmətlər Agentliyi | QAZ 330700 1012-24 (Xüsusi) | 2006 | 2 100 | 210 | Həsənov Samir (050 321 95 98) |
| 15 | Aqrar Xidmətlər Agentliyi | QAZ 31105-801 | 2008 | 2 100 | 210 | Kərimov Alim (050 210 41 42) |
| 16 | Aqrar Xidmətlər Agentliyi | QAZ 3110-101 | 2002 | 1 500 | 150 | İsmayılov Mehman (050 387 38 78) |
| 17 | Aqrar Xidmətlər Agentliyi | VAZ-21074 | 2004 | 1 350 | 135 | Zeynalabdiyev Xəyal (050 746 21 26) |
| 18 | Aqrar Xidmətlər Agentliyi | VAZ-21213 | 1997 | 1 650 | 165 | Kərimov Zülfüqar (050 325 06 65) |
| 19 | Aqrar Xidmətlər Agentliyi | VAZ 2106 | 1992 | 1 500 | 150 | Əhmədov Habil (051 305 55 00) |
| 20 | Aqrar Xidmətlər Agentliyi | CHERY FLAGCLOUD | 2007 | 1 875 | 187.5 | Məmmədov Azər (050 781 84 61) |
| 21 | Aqrar Xidmətlər Agentliyi | CHEVROLET NIVA 212300 | 2006 | 2 250 | 225 | Məmmədov Azər (050 781 84 61) |
| 22 | Aqrar Xidmətlər Agentliyi | UAZ-315122 | 2005 | 1 500 | 150 | Teyyubov Şaiq (050 406 40 00) |
| 23 | Baş Prokurorluq | VOLKSWAGEN PASSAT | 2009 | 5 250 | 525 | Əliyev Elçin (050 220 89 40) |
| 24 | Baş Prokurorluq | VOLKSWAGEN PASSAT CC | 2010 | 5 625 | 562.5 | Əliyev Elçin (050 220 89 40) |
| 25 | Dövlət Gömrük Komitəsi | TOFAŞ DOĞAN | 2004 | 2 250 | 225 | Məmmədov Sahib (050 643 52 63) |
Qeyd edək ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlərlə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.
Siyahının 1-3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri ikinci dəfə, 4-5-ci bəndlərdə olanlar üçüncü dəfə 10% endirimlə, 6-12-ci bəndlərdə olanlar beşinci dəfə 50% endirimlə, 13-25-ci bəndlərdə olanlar isə dördüncü dəfə 25% endirimlə hərraca çıxarılır.
Hərracda iştirak etmək üçün nəqliyyat vasitələrinin start qiymətinin 10%-i həcmində beh ödənilməlidir.







