Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etmək hüququna malik olduğunu söyləyib.
“Rusiya kimi Türkiyənin də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində iştirak etmək hüququ var. Azərbaycanın ədalətli tələbi var. Əgər Ermənistan Rusiyaya sülh prosesində iştirak etməyi təklif edirsə, Azərbaycan Türkiyəni dəvət edir. Rusiyanın buna mənfi yanaşacağını düşünmürəm”, – prezident bildirir.
Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.