9 C
Baku
Friday, December 13, 2024

Ərdoğan Ukraynaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin dəvətilə avqustun 18-də Lvov vilayətinə birgünlük işgüzar səfər edəcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində iki ölkə liderinin görüşü keçiriləcək. Görüşdə strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri dəyərləndiriləcək.

Bundan əlavə, səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, üçtərəfli görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılan mexanizmin fəaliyyətinin artırılaraq davamiyyətini təmin etmək, Rusiya ilə Ukrayna arasında davam edən böhrana diplomatik yollarla son qoyulması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər