18 C
Baku
Tuesday, April 30, 2024

Ərdoğan və Bayden bu gün telefonla danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə saatı ilə 18:30-da (Bakı vaxtı ilə 19:30) ABŞ Prezidenti Co Baydenlə telefonla danışacaq.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Rusiyanın Ukraynaya hücumlarının davam etdiyi bir vaxtda həyata keçiriləcək bu telefon danışığı bir-biri ilə döyüşən iki ölkə ilə yanaşı, Türkiyə və dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Bu danışıq Rusiya-Ukrayna böhranı başlayandan bəri hər iki tərəfə bərabər yanaşan Türkiyənin diplomatik addımlarndan biri kimi qeyd edilir.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyadak görüşünün ardınca qarşdakı günlərdə Yunanıstan və Almaniyanın Baş nazirləri də Türkiyəyə gələcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər