Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Ukrayna limanlarının minalardan təmizlənməsi ilə bağlı razılığa gəliblər.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Qeyd olunur ki, Türkiyə limanların minaların təmizlənməsində köməklik edəcək.
Xatırladaq ki, dünən mayın 30-da Putin və Ərdoğan arasında telefon danışığı baş tutub. Liderlər Rusiya-Türkiyə əməkdaşlığı, ticarət-iqtisadi sahədə əməkdaşlıq barədə hərtərəfli fikir mübadiləsi aparıblar. Qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.