2 C
Baku
Saturday, December 14, 2024

Ərdoğan: “Vladimir Putin indi müzakirələrə daha açıqdır”

“Rusiya Prezidenti Vladimir Putin indi əvvəlkinə nisbətən müzakirələrə daha açıqdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, qarşıdakı günlərdə həm rusiyalı, həm də ukraynalı həmkarları ilə telefonla danışacağını bildirib: “Ümidsiz deyilik. Arzumuz hər iki lideri bir araya gətirərək sülh danışıqlarını davam etdirməkdir. Çünki hər iki tərəfin ciddi itkiləri var. İnanıram ki, sülhün məğlubu olmayacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər