13 C
Baku
Tuesday, May 14, 2024

Ərdoğan yunanıstanlı jurnalistin “Bir gecə qəfil gələ bilərik” ifadəsi ilə bağlı sualını cavablayıb

Dünən Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin Sammitində iştirak edən Türkiyə prezidenti Rrəcəb Tayyib Ərdoğan Sammitdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

Banker.az xəbə verir ki, prezident Ərdoğan Yunanıstandan olan jurnalistin “Bir gecə qəfil gələ bilərik deyəndə Yunanıstana hücum edə biləcəyinizi nəzərdə tutursunuz?” sualına cavab verib.

Ərdoğan cavabında belə deyib: “Bu təkcə Yunanıstana aid deyil. Bizi narahat edən, bizə hücum edən hansı ölkə olursa olsun, onlara cavabımız belədir: “bir gecə qəfil gələ bilərik”. Bunu belə bilməlidirlər, belə başa düşməlidirlər. Siz başa düşmüsünüzsə, deməli onlar da başa düşüblər”.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər