13 C
Baku
Friday, November 22, 2024

Ərdoğanın açıqlamasından sonra lirə “dirilir”: Dollar/TL 18-dən 14-ə qədər düşdü

“Biz məzənnəni sabitləşdirəcəyik. Əziz millətim, biz sizi sevirik, sizə inanırıq. 19 il Türkiyənin haradan haraya gəldiyini siz çox yaxşı bilirsiniz, bilirik”.

Banker.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə rəhbəri deyir ki, dünyada pul bolluğu xərcləri və nəticədə qiymətləri artırdı:

“Bizim iqtisadiyyatda “Dünya 5-dən böyükdür” deməyimizin səbəbi də özlərini böyük kimi qələmə verən ölkələrin olmasıdır. Bu oyuna gəlməyəcəyimizi deyirik. Buna görə investisiya, məşğulluq və ixracat deyirik. Bu ölkə daha idxal cənnəti olmayacaq, bu ölkə öz alın təri ilə başqalarının rifahını maliyyələşdirən ölkə olmayacaq.

Biz vəzifəyə başlayanda BVF-yə 23,5 milyard dollar borcumuz var idi. Hazırda BVF-yə borcumuz yoxdur. Kamal bəy, (CHP lideri Kamal Kılıçdaroğlu – red.) biz bu borc yükünü haradan aldıq? Sizdən aldıq”.

Bu gün Türkiyə lirəsi növbəti dəfə rekord səviyyədə dəyər itirib. Belə ki, təxminən 1 ABŞ dolları 18 lirəyə bərabər olub.

Ərdoğan dollar/TL məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlarımıza yeni maliyyə alternativi təklif irəli sürüb.

“Bu yeni alət aşağıdakı kimi işləyəcək: İnsanlarımızın bankdakı Türk Lirəsi əmanətlərinin faiz gəlirliliyi məzənnə artımından yüksək olarsa, bu gəliri alacaqlar. Əgər məzənnənin artması əmanətin qazancından yuxarı olarsa, fərq birbaşa vətəndaşlarımıza ödəniləcək və bu gəlir vergisindən azad olunacaq. Bundan sonra heç bir vətəndaşın əmanətlərini sırf məzənnə yüksək olacağı üçün Türk Lirəsindən xarici valyutaya dəyişməyə ehtiyacı qalmayacaq”- deyə, o bildirib.

Bu açıqlamadan sonra Bankı vaxtı ilə 22:46 radələrində USD/TRY cütlüyü 18.4108 səviyyəsindən 14.7399  səviyyəsinə düşüb.

222

Ölkə lideri valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymət verməkdə çətinlik çəkən ixracat şirkətlərinə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcəyini vurğulayıb. Məzənnə fərqi ixracatçı şirkətlərə TL ilə ödəniləcək (Məsələn, Mərkəzi Bank ixracatçıya deyəcək ki, siz Dollar/TL məzənnəsini 18 lirədən götürərək qiymət verin. Əgər gələcəkdə məzənnə 19 lirəyə yüksələrsə, aradakı fərq Mərkəzi Bank tərəfindən ixracatçıya ödəniləcəkdir).

Ərdoğan qeyd edib ki, Türkiyədə yastığın altında dəyəri 280 milyard dollar olan 5 min ton qızıl var. Bu qızılları maliyyə sisteminə daxil etmək və iqtisadiyyata gətirmək üçün bazarın maraqlı tərəfləri ilə birlikdə yeni alətlər hazırlanacaq.

 

Son xəbərlər
Digər xəbərlər