BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində qurumun Baş katibi Antonio Quterreş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.
Bu barədə Quterreşin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, tərəflər Ukraynadakı vəziyyət, taxıl sövdələşməsi, həmçinin Rusiya taxılının və gübrələrinin beynəlxalq bazarlara çıxışı ilə bağlı fikir mübadiləsi aparıblar.