11 C
Baku
Saturday, November 16, 2024

Ərdoğanla Quterreş taxıl dəhlizini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoni Quterreşlə telefon danışığı aparıb.

Görüşdə Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı inkişaflar müzakirə edilib.

Telefon danışığı zamanı Prezident Ərdoğan Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirdikləri diplomatik gedişlər nəticəsində taxıl dəhlizinin yenidən işə salınmasından məmnunluğunu ifadə edib.

Türkiyə lideri vurğulayıb ki, İstanbul Konsensusunun müddətinin uzadılmasına diqqət yetirmək lazımdır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Quterreş də taxıl dəhlizinin bərpası üçün göstərdiyi səylərə görə Prezident Ərdoğana təşəkkür edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər