Salyanda 25 yaşlı gəlin özünü öldürüb. Rayonunun Qaraçala kənd sakini 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq intihar edib. 25 yaşlı Ruhəngiz özünü həyətlərindəki yarımtikilidə asıb.
Heç bir problemin yaşanmadığı ailədə baş verən hadisə hamını şoka salıb. Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. İndi ailə üzvləri də onun məhz bu səbəbdən intihar edə biləcəyini düşünür.
ANSPress