Gündəlik gərgin iş rejimimizi stressiz və əsəbsiz təsəvvür etmək mümkün deyil. Bəs məhsuldar iş və ən əsası sağlamlığımız üçün əsəblərimizi necə qorumalıyıq?
- On dəqiqəlik gəzintiyə çıxın. Bu bədənə dincəlməyə və həyəcana aparan gərginlikdən xilas olmağa kömək edəcək.
- Sakitləşdirici və yaxud sevdiyiniz mahnını dinləyin. Bu sizi qıcıqlandıran amillərdən xilas olmağa kömək edəcək.
- Mənfi düşüncələrdən uzaqlaşın. Mümkün qədər təbiətdə daha çox zaman keçirin.
- Keçmişinizlə bağlı söhbətləri tərgidin. Əgər bunu asanlıqla edə bilmirsinizsə mütəxəssisə müraciət edin. Həyatdan geri qalmayın, bu gün ilə yaşayın və keçmişi unudun.
- Asta ritmlərlə nəfəs almağa çalışın. Bununla gərginliyinizin bir hissəsindən xilas ola bilərsiniz.
- 10-a qədər saymağa çalışın. Bu üsulla diqqətinizi toplaya və lazımsız söz və hərəkətlərdən qaça bilərsiniz.
- Özünüzü qoruyun! Özünüzü söymək və tənqid etməklə stressinizi ikiqat artırmış olacaqsınız!
- Yatın. İstirahət əsəbi insanların orqanizmi üçün çox vacibdir. Çünki yorulduqda gərgin və əsəbi bir hala çatırsınız ki, bu da sağlamlığınız üçün ziyandır.
- Kofeindən uzaqlaşın. Kofein güclü stimulyatordur və yüksək gərginliyə səbəb ola bilər.
- Tələsməyin. Bu gələcəkdə problemlərə səbəb ola biləcək pis vərdişdir. Üstəlik də bu xilas olmalı olduğunuz lazımsız stressordur.
- Həddindən artəq iş yükündən uzaq olun. İş və ailəniz arasında balansı qoruyun.
- Kömək istəyin. Bu halda ən yaxşı məsləhətçi sizə zaman ayıra biləcək ən yaxın dostunuz ola bilər.
- Nə isə əyləncəli məşğuliyyətlər ilə məşğul olun. Yumor daim əsəblə mübarizə aparmağa yardımçı olur.
- Bu günlə yaşayın və sabah üçün planlar qurun. Gözləyə biləcək məsələləri özünüzə problemə çevirməyin.
- Ən əsası isə gülümsəməyi unutmayın.