Azərbaycanda ali təhsilli işsizlərin sayı son bir ildə nəzərəçarpacaq dərəcədə artıb.
Banker.az-ın məlumatına əsasən, 2025-ci ilin sonunda 31 min 785 ali təhsilli şəxs işsiz kimi qeydiyyatda olub.
2024-cü ildə onların sayı 26 min 898 nəfər idi. Beləliklə, ali təhsilli qeydiyyatlı işsizlərin sayı bir ildə 4 min 887 nəfər və ya təxminən 18,2% artıb.
Ali təhsilli işsizlərin 16 min 334 nəfəri qadın, 15 min 451 nəfəri isə kişi olub.
Ümumilikdə qeydiyyatda olan işsizlərin ən böyük qrupu tam orta təhsilli şəxslərdir. Onların sayı 130 min 777 nəfər təşkil edib.







