23 C
Baku
Sunday, June 2, 2024

Əsas səhmdar “Bank Respublika”dakı payını artırdı

“Bank Respublika” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

Banker.az bu barədə Bankın illik maliyyə (audit) hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, “Bank Respublika”nın səhmlərinin 16.6%-nə nəzarət edən Almaniyanın DEG – İnvestisiya və İnkişaf Korporasiyası payını satıb. Onun payını isə Natiq Quliyev alıb. Bankın səhmlərinin 51.15%-nə nəzarət edən Natiq Quliyev payını 67.75%-ə çatdırıb.

“Bank Respublika”nın səhmlərinin qalan hissəsi əvvəlki qaydada Elçin Quliyevə (15.06%), Namiq Quliyevə (7.41%), Şakir Rəhimova (5.45%),  “Sparkassen International Development Trust” şirkətinə (4.25%) və digərlərinə (0.08%) məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər