6 C
Baku
Sunday, December 15, 2024

“Əsas virus maliyyə sektorundadır” -Deputat

“Bir sıra məsələlər var ki, onlara Azərbaycan prezidentinin müəyyənləşdirdiyi hədəflər kontekstində yanaşanda, görürük ki, əsas virus maliyyə və bank sektorundadır. Bu virusu aradan qaldırmaqla Azərbaycan iqtisadiyyatını düşdüyü vəziyyətdən çıxmasını sürətləndirmək olar”.

Bunu deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, ümumi maliyyə sağlamlaşdırılması istiqamətində işlər görülməlidir. Əli Məsimli bildirib ki, proseslər zəncirinin vacib həlqələrindən tutmaq lazımdır.

“Bununla da vaxt itirmədən həmin problemlərin həllini sürətləndirməliyik. Bir məqamı da qeyd etmək istəyirəm. İki il bundan qabaq 10 min manat borc alan Azərbaycan vətəndaşı faizlərin dərəcəsindən asılı olaraq, indi 28-30 min manat pul qaytarmalıdır. Əksər insanlar bu borcu qaytarmaq iqtidarında deyil”-deyə deputat əlavə edib.

Əli Məsimlinin fikrincə, bununla da ümidsiz kreditlərin sayı artacaq.

“Bu isə bilavasitə bankların daha da pis vəziyyətə düşməsinə gətirib çıxaracaq. Bizim irəli sürdüyümüz ağırlığın dörd yerə bölünməsi məsələsi aktualdır. Bir hissəsini vətəndaşlar, bir hissəsini Mərkəzi Bank, bir hissəsini kommersiya bankları, bir hissəsini da aidiyyəti dövlət strukturları üzərinə götürməklə problemləri həll etmək olar. Bizim bu istiqamətdə aidiyyəti orqanlara göndərdiyimiz sənədlər həm də hüquqi normativ aktlardır. Buna görə hesab edirik ki, bu əsasda xarici valyutada olan kreditlərin verilməsi haqqında qanun qəbul olunmalıdır. Ya da xüsusi bir normativ aktın qəbul edilməsini sürətləndirmək lazımdır. Bu, maliyyə, bank sektorundakı problemləri həll edə bilər. Bu, həm dövlət, həm banklar, həm də vətəndaşlar üçün xeyirli olar”.

Deputat bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı kiçik və orta sahibkarlığın inkişafından asılı olduğuna görə, kənd təsərrüfatının sığortası ilə bağlı qanun layihəsi hazırlanmalıdır.
“Arzu edirəm ki, 2017-ci ildə daha çox qanun layihələri heç olmasa 1-ci oxunuşda qəbul olunsun”

Son xəbərlər
Digər xəbərlər