10 C
Baku
Thursday, December 12, 2024

ƏSF “Bank of Azerbaijan”ın ləğvedicisi təyin olunub

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) müflis elan edilmiş “Bank of Azerbaijan” ASC-nin ləğvedicisai təyin olunub. Azərbaycan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə Bank müflis elan edilib və iflas prosedurasına başlanılıb, ƏSF isə ləğvedici təyin edilib.

Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, “Banklar haqqında” qanunun 72-ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa, bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

ƏSF-in icraçı direktoru Azad Cavadovun məmbəyə verdiyi məlumata görə, ləğvetmə prosesində olan “Bank of Azerbaijan”a borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək və bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir: “Qanuna uyğun olaraq, 60 gün müddətində onlar kreditlərin yığılmasını həyata keçirəcək, ondan sonra isə məhkəmənin qərarı ilə ödəmələrə başlayacağıq”.

Bankın ləğvedilməsi ilə əlaqədar olaraq müflis elan edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və məlumatları təqdim etməlidir. Bu məlumatlara kreditorun adı, ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat daxildir: “ƏSF debitor və kreditorlardan xahiş edir ki, elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər”.

Report

Son xəbərlər
Digər xəbərlər