Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun əskinaslar vasitəsilə yayılması barədə məlumatları təkzib edib.
“TASS” bildirir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Tarik Yazareviç danışıb.
“ÜST COVID-19-un banknotlar vasitəsilə ötürülməsini deməyib. Biz bununla bağlı heç bir xəbərdarlıqla çıxış etməmişik. Biz inadla əlləri müntəzəm yumağı tövsiyə edirik”, – açıqlamada deyilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan bu virusa yoluxub, çoxu sağalıb, 7 mindən çoxu isə dünyasını dəyişib