Bu ilin yanvar-avqust aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 39 milyon 303 min manat sığorta haqqı toplanılıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38% azdır. 2025-ci ilin 8 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 63 milyon 319 min manat təşkil edib.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 66% artaraq 2 milyon 956 min manat olub.







