10 C
Baku
Thursday, December 12, 2024

Əsl səyahətçilər üçün ən dəyərli bələdçi!

  • Özünüzü həyatın bu gözəlliklərindən, unudulmaz anlarından məhrum etməyin:
  • Yeddi qitənin hər birində olmaq. Bu proqramın ən çətin punktu Antarktidadır. Lakin xüsusi bir turizm səfərinin tərkibində oraya da gedib çıxmaq mümkündür. Və əgər Antarktidanın buzlaqları üzərində addımlasanız bu zaman əminliklə bütün dünyanı gəzdiyinizi deyə bilərsiniz!
  • Velosipedlə səyahətə yollanın. Bu avtomobildən az sürətli olsa da, keçdiyiniz ölkələrin ən xırda detallarını və atmosferini daha dərindən mənimsəmək imkanı yaradır. Azadlıq hissi və daim hərəkətdə olan ayaqlar – əla hisslərdir!
  • Əcnəbi ölkədə yerli vətəndaşlarla birgə yaşayın. Yerli əhali ilə ünsiyyət və onların məişətinə uyğunlaşmaq sizə bu ölkədən o ölkəyə səfər etməkdən daha çox şey öyrədə bilər.
  • Əcnəbi dil öyrənin. Bu dili könüllü olaraq seçə bilərsiniz, lakin ingilis dili istisna olmaq şərti ilə.
  • Hindistanı qatarla ilə səyahət zamanı kəşf etmək. Geniş dəmir yolu şəbəkəsi sayəsində bu nəqliyyat növü dünyanın ən heyrətamiz və füsunkar ölkələrindən biri ilə tanış olmaq üçün ən yaxşı vasitəsir.
  • Ağ köpək balıqları ilə üzmək. Köpək balıqları ilə əhatə olunmuş qəfəsdə üzmək insanın həyatı boyu yaşaya biləcəyi ən həyəcanlı anlardan biridir.
  • Braziliyada məşhur karnavalda iştirak etmək.
  • Argentinada tanqo rəqsini oynamaq.
  • Öz səyahətləriniz barədə məqalə nəşr edin. Qazanılmış təəssüratları bölüşmək səyahətin ayrılmaz tərkib hissəsidir.
  • Hər hansı könüllü proqramda iştirak etmək. Məsələn, yoxsul ölkələrdəki uşaqlara yardım və yaxud qoruqlarda işləmək.
  • Fəaliyyətdə olan aktiv vulkana dırmaşmaq.
  • Ən azı 24 saatı vəhşi cəngəlliklərdə keçirmək.
  • Hər hansı milli yeməyi hazırlamağı öyrənmək.
  • Paraşutdan tullanın. Bütün əyləncələrin ən klassiki olsa da, ən bol adrenalin ona məxsusdur.
  • Həyatınızda özünüz üçün ideal, kumir hesab etdiyiniz bir şəxsin doğulduğu yerə səfər etmək. Məsələn, Che Guevara, Pablo Pikasso, Cim Morrison və s.
  • Avropanın bütün paytaxtlarına səfər edin.
  • Valensiyada La Tomatina adlı pomidor bayramında iştirak edin. Burada hər yay pomidorlar vasitəsilə əsl döyüşləri xatırladan əyləncəli oyun keçirilir.
  • Borneo cəngəlliyində olmaq. Bu cəngəllikdə oranqutanlar, fillər və unikal leopardlar məskunlaşıb.
  • Türkiyənin Kapadokya əyalətini hava şarı vasitəsilə kəşf etmək.
  • Eyfel qülləsi mənzərəli kafedə səhər yeməyi yemək.
  • Dünyanın ən kiçik ölkələrini gəzmək və mikro-millətləri ilə görüşmək
  • Afrikaya əsl safariyə yollanmaq və şirlərin şəkillərini çəkmək.
  • Arzularınızdan ibarət şəxsi siyahınızı tərtib edin və maksimum şəkildə onları həyata keçirməyə çalışın.
Son xəbərlər
Digər xəbərlər