12 C
Baku
Tuesday, May 7, 2024

​Əmanətlərin Sığortalanması Fondu borc götürür

Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borclanmaya gedəcək. Bununla bağlı, Mərkəzi Banka resurs üçün müraciət ediləcək.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

“Mərkəzi Bankdan hazırda 22 mln. manat vəsait götürmüşdük. Əlavə olaraq, 100 mln. manat da vəsaitə ehtiyac olacaq.

Lisenziyası ləğv olunan 4 bankda cəmi əmanətlər 187 mln. manatdır. Qorunan əmanətlər 140 mln. manatdır. 126 mln. manat kompensasiya məbləğidir. Lisenziyası ləğv olunan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 956 min manat təşkil edir. Hazırda fondun 26 mln. manat vəsaiti var”, – deyə o qeyd edib. /Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər