13 C
Baku
Tuesday, May 7, 2024

​”Azər-Türk Bank”da yeni təyinat olub

“Azər-Türk Bank” ASC-nin Hüquq Departamentinə yeni direktor təyin edilib. Bu vəzifəyə adıçəkilən departamentin direktor müavini İlham Quliyev gətirilib.

İ.Quliyev yeni vəzifəsində Mustafa Rəşidovu əvəz edib. O, avqustun 3-də “Bank Standard” QSC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb.

Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bankası”na, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər