2 C
Baku
Saturday, December 14, 2024

​Fitch: OPEP-in qərarı yalnızca qiymətlərin enməsi riskini azaldacaq

Beynəlxalq reytinq agentliyi Fitch belə hesab edir ki, OPEP-in Əlcəzairdə neft emalı həcminin azaldılması ilə bağlı qərarı ola bilsin ki, təşkilatın üzvləri arasında əhəmiyyətli razılığın olmasından xəbər verir. Lakin bu hələ ki, yaxın gələcəkdə qiymətlərin enməsi ehtimalını azaldaraq simvolik xarakter daşıyır. Neft qiymətləri fundamental amillərin gücü ilə yavaş-yavaş bərpa olunmağa davam edəcək.

Qeyd edək ki, OPEP 28 sentyabrda Əlcəzairdə keçirilən görüş zamanı sutkada 32,5-33 milyon barrel neftin əldə edilməsi barədə razılığa gəldi. Ayrılıqda hər bir ölkə üçün isə limit 30 noyabrda Vyanada keçirilən rəsmi görüş zamanı təyin ediləcək.

OPEP-in bu qərarı 2008-ci ildən bu günə qədər neft emalının məhdudlaşdırılması ilə bağlı verilən ilk qərarı oldu.

Fitch agentliyi belə hesab edir ki, neft bazarı tam olaraq gələn il balanslaşdırılacaq. Agentliyin fikrincə, bir tərəfdən neftə olan tələbat artıb, digər tərəfdən isə 2016-cı il ərzində ABŞ-da neftin əldə edilməsi bir gün üçün 8,8 milyon barrelə enəcək.

 

Son xəbərlər
Digər xəbərlər