Hesabat ayında bankların kredit portfeli 0.9% və ya 274 mln. manat artaraq 32,095.3 mln. manat olmuşdur.
Banker.az AMB-yə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bankların kredit portfeli 28,498.2 mln manat olub ki, bu da illik müqayisədə 13% artım deməkdir.
kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 54% (17,333 mln. manat);
ıı) istehlak kreditləri – 31.3% (10,036.8 mln. manat) və
ııı) ipoteka kreditləri – 14.7% (4,725.5 mln. manat).







