“PAŞA Bank” ASC Bakıda fəaliyyət göstərən 4 biznes mərkəzinin fəaliyyətini dayandırıb.
Məlumata görə, söhbət metronun “Xalqlar dostluğu”, “Nəriman Nərimanov”, “Gənclik” stansiyalarının yaxınlığındakı şöbələrdən, eləcə də Hüseyn Seyidzadə küçəsi, 16b ünvanında yerləşən “Mikrorayon” şöbəsindən gedir.
Biznes mərkəzlərinin bağlanması “PAŞA Bank”ın fəaliyyətinin optimallaşdırılması tədbirləri çərçivəsində həyata keçirilib. Bundan sonra Bank Bakıdakı müştərilərinə baş ofisi, eləcə də 3 biznes mərkəzi vasitəsilə xidmət göstərəcək.
Qeyd edək ki, “PAŞA Bank”ın, həmçinin Gəncə və Zaqatalada 2 regional biznes mərkəzi var.
Report