12 C
Baku
Wednesday, December 11, 2024

🔴CANLI: İsrail və Fələstində son durum

11:01 — İsrail Qəzzanın cənubunda müvəqqəti atəşkəsin elan olunması barədə xəbəri təkzib edib.

***

10:36 — Başqa ölkənin vətəndaşı olan fələstinlilər yerli vaxtla oktyabrın 17-də saat 09:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) Misir sərhədindən keçə biləcəklər.

Bu barədə “NBC News”a Fələstinin Misirdəki səfirliyinin nümayəndəsi Kamil Xətib deyib.

Telekanal diplomata istinadən qeyd edib ki, bu müddətdə humanitar yardımlar da Qəzzaya çatdırılmağa başlayacaq.

***

09:28 — Qəzza zolağının cənub bölgələrində beş saat davam edəcək atəşkəs rejimi tətbiq edilib.

“Əl Ərəbiyyə” telekanalının yaydığı məlumata görə, bu addım əcnəbi vətəndaşların anklavı tərk edə bilməsini təmin etmək, eləcə də Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır.

***

09:10 — Qəzza zolağında məcburi köçkünlərin sayı 600 minə çatıb.

***

02:40 — İsrail ordusunun HƏMAS-ın milli təhlükəsizlik qanadının cənub bölgəsinə komandirlik edən Matez Eidi öldürdüyü bildirilir.

***

02:15 — Qəzza sektorunda İsrailin hücumları zamanı ölənlərin sayı 2700-ü keçib, yaralıların sayı isə 11 min nəfərə çatır.

Son xəbərlər
Digər xəbərlər