9 C
Baku
Thursday, December 12, 2024

Rusiya-Ukrayna müharibəsinin 13-cü günü

22:15 -KFC, MacDonalds-ın ardınca Rusiyada bütün restoranların bağlandığını və işlərin dayandırıldığını elan etdi


21:58  -“McDonald’s Rusiyada 850 restoranını müvəqqəti bağlayacaq” – Şirkətin baş direktoru


21:17 -ABŞ Rusiyanın yanacaq-energetika kompleksinə yeni investisiyaları qadağan edir


20:48 -Bayden deyib ki, Putin “heç vaxt” Ukraynda qələbə çala bilməyəcək.

“O, bir şəhəri ələ keçirə bilər, bütün Ukraynanı isə yox”.


20:33 -Bayden bildirib ki, Rusiya neft və qazının idxalına qadağa qoyulması qərarı ABŞ-ın özünə zərbə vuracaq, lakin Vaşinqton bu addımı atmalı olduğuna inanır


20:28 -Bayden: ABŞ Rusiyadan enerji idxalını, neft və qazının idxalını qadağan edir


18:28 -Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.


17:41 -Bayden bu gün Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək


17:15 -Təcili: Co Bayden Rusiyadan neft idxalına olan qadağnı yaxın saatlarda təsdiqləyəcək


17:11 -Rusiyanın “Uralskiye avialinii” şirkəti Azərbaycana uçuşları yenidən dayandırıb


15:52 -Shell və British Petroleum Rusiya ilə əməkdaşlığı dayandırır. Shell hətta yanacaqdoldurma məntəqələrini də bağlayır


14:50 -Böyük Britaniyanın məşhur neft və qaz nəhəngi “Shell” şirkəti Rusiya neft və qazından imtina etdiyini açıqlayıb


13:17 -Yaponiyanın ödəniş sistemi JCB Rusiyadakı əməliyyatlarını dayandırmağa qərar verib


12:57 -Cənubi Koreya Rusiya Mərkəzi Bankı ilə əməliyyatları qadağan etdi


12:23 -Apple Rusiyadan olan istifadəçilərə yeni məhsullarının təqdimatının yayımını izləməyi qadağan edib.

Youtube canlı yayımının linkini açdığınız zaman “Videonun sahibi ona ölkənizdə baxılmasını qadağan edib” deyən ekran görünür.


11:09– Malayziya Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq etmək niyyətində deyil

Xarici işlər naziri Saifuddin Abdullah bildirib ki, sanksiyalar BMT tərəfindən təyin olunmalıdır.


10:57 -Rusiyada qara bazarda dolların qiyməti 190 rubla qalxıb


10:21 -QS reytinq agentliyi (universitetlərin reytinqlərini dərc edir) Rusiya və Belarusla əməkdaşlığı dayandırır


9:58 -Zelenski Ukrayna sülhməramlılarını dünyanın hər yerindən çıxarmaq qərarına gəlib. Onlara texnika ilə birlikdə Rusiya təcavüzünə qarşı Ukrayna ordusunu qayıdaraq onu gücləndirmək tapşırığı verilib.


9:46 -Rusiya qoşunları Melitopolda televiziya və radio rabitə qüllələrini ələ keçirib


9:19 -Rusiya ən çox sanksiyaların tətbiq olunduğu ölkəyə çevrilib

Castellum xidmətinin məlumatına görə, fevralın 22-dən bəri 2778 yeni, ümumilikdə 5.5 mindən çox sanksiyalar tətbiq edilib

IMG 20220308 094644 699


9:12 -Avstraliyanın “Viva Energy” və “Ampol” neft şirkətləri Rusiyadan xam neft alışını dayandırıb


9:08 -Kosmetika istehsalçısı “Estee Lauder” Rusiyadakı bütün kommersiya fəaliyyətini dayandırır.

Şirkət Clinique, MAC Cosmetics, Tom Ford Beauty, DKNY Fragrances, Jo Malone London, Tommy Hilfiger Toiletries və başqa brendlərin sahibidir


8:44 -“Adidas” Rusiyadakı mağazalarının faəliyyəti və onlayn ticarətini dayandıracaq


8:30 -Zelenski dünyanın fərqli nöqtələrindəki sülhməramlı missiyalarda xidmət edən bütün ukraynalı hərbçiləri texnika və təchizatları ilə birlikdə ölkəyə geri qaytarılması barədə əmr verib


23:59 -Kompüter oyunlarının tərtibatçısı “Ubisoft” Rusiyada satışlarını dayandırıb


23: 37 -Jitomir şəhərindəki neft bazasını Rus ordusu raketlə vurub

https://t.me/Banker_az/6393


 

22:30 -Rusiya ilə Ukrayna arasında yaxın vaxtlarda danışıqların dördüncü raundu baş tutacaq


21:48 -Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu başa çatıb

 “Ukrayna və Rusiya arasında humanitar dəhlizlər məsələsi ilə bağlı danışıqlarda müsbət irəliləyişlər var”, Rusiya Federasiyası ilə atəşkəs və hərbi əməliyyatlar üzrə məsləhətləşmələr davam etdiriləcək


21:40 -Rusiya rublu 21% ucuzlaşaraq anti-rekord yenilədi – 1 dolllar 147 rubl


20:41 -Ərdoğan Putinlə son söhbəti zamanı ticarətdə rus rublundan istifadənin mümkünlüyünü açıqlayıb


18:25 -Rusiya Ukrayna arasındakı danışıqların üçüncü mərhələsi başlayıb


18:02 -Ukrayna Silahlı Qüvvələri Nikolayev hava limanını geri qaytarıb


17:20 -Avropa ABŞ və NATO-nun indiyədək Ukraynaya göndərdiyi silah-sursatın həcmi açıqlanıb

ABŞ və digər NATO üzvləri indiyədək Ukraynaya 17 min tank əleyhinə, 2 min “Stinger” hava hücumundan müdafiə raketi göndərib.


16:50 -“Bayrağımızda qan yoxdur və olmayacaq” – Zelenski


15:22 -Nissan Sankt-Peterburqdakı zavodunda istehsalı dayandıracaq


13:40 -Ukrayna Rusiyanın bu günədək müharibədəki itkilərini açıqladı

“Ümumilikdə, 11 mindən çox şəxsi heyət, 290 tank, 999 zirehli döyüş maşını, 117 artilleriya sistemi, 50 reaktiv yaylım atəş sistemi, 24 hava hücumundan müdafiə sistemi, 46 təyyarə, 68 helikopter, 454 avtomobil avadanlığı məhv edilib”


12:58 -“Kiyev Rusiyanın təklif etdiyi humanitar dəhlizləri açmaqdan imtina edib”


12:52  -Böyük 4-lüyə daxil olan PwC-də Rusiyadan getmək qərarı verib.


11:32 -Yeni Zelandiya Rusiyaya qarşı sanksiya tətbiq edəcək


11:17 -Polşa Ukraynaya döyüş təyyarələri göndərməyəcək və onun aerodromlarından istifadəyə icazə verməyəcək


10:51 -Ukrayna Müdafiə Nazirliyi: “Rusiya hava zərbələri üçün Belarus aerodomlarından istifadə edir”


10:11 -Luqanskda neft anbarında yanğın olub

https://t.me/Banker_az/6370


 

9:50 – Xarkovdakı nüvə obyekti “Qrad”lardan atəşə tutulub


9:45  -Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq

Danışıqlar Belovejskdə – Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Müzakirələrin faktiki olaraq martın 7-də baş tuta biləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Sluski də təsdiqləyib.


9:22 -Makronun Putinə müraciəti əsasında Rusiya Silahlı Qüvvələri saat 10.00-dan atəşkəs rejimini elan edib və Kiyev, Mariupol, Xarkov, Sumidən humanitar dəhlizlər açacaq


9:21 -Ukrayna ordusu Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib


9:06Nikolayev

Həm şəhərin, həm də şəhərətrafı obyektlər “Smerç”lə vurulub

https://t.me/Banker_az/6366


8:38 -“Netflix” Rusiyada fəaliyyətini dayandırıb


8:37  -Xarkov üzərində Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri daha bir Rusiyanın qırıcısını vurub


8:30  -TikTok Rusiyada fəaliyyətini müvəqqəti olaraq dayandıracaq

22:11 -American Express Rusiyada fəaliyyətini dayandırır


21:00 -ABŞ Ukraynaya qırıcıların tədarükü üçün NATO ölkələrinə icazə verdi


20:36 -Xarkovda daha bir Rusiya hərbi təyyarəsi vurulub


18:04  -Türkiyə Hava Yolları Ukraynaya uçuşların ləğvini martın 21-dək uzadıb


17:46Putin və Makron arasında telefon danışığı olub

Telefon danışığı 1 saat 45 dəqiqə davam edib. Putin və Makron Ukrayna böhranı ilə bağlı müzakirə aparıblar.


17:06Ukrayna MN:

-Ukrayna ordusu Mariupol istiqamətində əks hücuma keçib. Çoxlu sayda rus hərbi texnikası sıradan çıxarılıb, hərbçilər əsir götürülüb.


16:40Zelenski: “Ukraynanın səmasını bütün terrorçular üçün bağlayın! Humanitar zona yaradın! Biz insanlarıq! İnsanları qorumaq isə sizin borcunuzdur! Və siz bunu edə bilərsiniz! Əgər bunu etməsəniz və özümüzü qorumaq üçün bizə heç olmasa təyyarə verməsəniz, belə nəticəyə gələ bilərik ki, siz də bizim yavaş-yavaş öldürülməyimizi istəyirsiniz”.

15:47Ərdoğan Putinlə Ukraynadan və ikitərəfli münasibətlərdən danışıb, hərbi əməliyyatlar barədə ətraflı məlumat verib

Ərdoğan bildirib ki, təcili barışıq üçün əlindən gələni etməyə hazırdır

Vladimir Putin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu bildirib

Putin Ərdoğana bildirib ki, Kiyev danışıqlar prosesini uzadır

Putin Ərdoğana bildirib ki, atəşkəs üçün Ukraynanın Rusiya şərtlərini qəbul etməsi lazımdır


15: 42 – Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Xarkov yaxınlığında Rusiyanın daha bir Su-25 hücum təyyarəsinin məhv edilib


15:00 -ABŞ ukraynalı qaçqınları qəbul edən ölkələr üçün 2.5 milyard dollarlıq fond yaradır


14:45 -BMT: Ukraynalı qaçqınların sayı 1.5 milyona çatıb


12:07Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

Rusiya ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.


11:10 -ABŞ və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb


10:47 -Rusiya Mərkəzi Bankı:

-Rusiya Federasiyasının və sanksiyalara qoşulmayan ölkələrin kreditorları xüsusi icazə ilə borc və xarici valyutada vəsait ala biləcəklər


9:49  -Poltavada hava hücumu ilə bağlı həyəcan siqnalı işə düşüb


9:35  -Çili hökuməti Rusiya şirkətlərinə FİDAE beynəlxalq hərbi və aerokosmik texnika sərgisində iştirak etmək üçün göndərilmiş dəvətləri geri götürüb


9:30 -Bu gün Ukraynanın Mariupol və Volnovaxa şəhərlərində humanitar dəhlizlər yenidən açılacaq


8:45  -Visa və Mastercard Rusiyada fəaliyyətini dayandırıb


23:27 -Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu Polşa-Belarus sərhədində baş tutacaq


23:04 -İtalyan moda evi Prada Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyadakı satışlarını dayandırıb


22:26  -Payoneer ödəniş sistemi Rusiyada fəaliyyətini dayandırır


22:00 -Fransız Radio şirkəti “France Radio” jurnalistlərinin Rusiyada fəaliyyətini dayandırır


21:08  —Ukrayna mətbuatı: Zelenski Ərdoğana Putinlə İstanbulda və ya Ankarada görüşməyə hazır olduğunu bildirib  – Türk liderinin nümayəndəsi belə deyib.


20:23  -Rusiya Müdafiə Nazirliyi atəşkəs müddətinin bitdiyini və hərbi əməliyyatlara davam etdiklərini açıqlayıb


20:04 -Adobe (Photoshop, Illustrator, Acrobat Reader və PDF formatı) Rusiyada xidmətlərini və satışını dayandırır


17:44  — Poltova və Mirqorodda yenidən hava hücumundan həyacan siqnalları verilir.


17:41  —Rusiya Federasiyasının Mərkəzi Bankı kiçik və orta biznes üçün güzəştli kreditlərin verilməsi üçün anti-böhran proqramları hazırlayıb, tənzimləyicinin bəyanatında deyilir.


17:36  — Rusiyanın Ukraynaya qoşun yeritməsi nəticəsində 32 ukraynalı uşaq öldürülüb, 70-i yaralanıb.


17:23  — Putin bu gün bunları deyir:

    • 2014-cü ildən bəri Donbassda 13 mindən 14 minə qədər insan həlak olub, Qərb bunu duymadı.
    • Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi yerli istehsalçılara plastik və məişət kimyası istehsalı üçün lazım olan xammalın Avropa İttifaqına ixracını dayandırmağı tövsiyə edib.
    • Rusiya Federasiyası digər ölkələrin Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq cəhdlərini hərbi əməliyyatlarda iştirak kimi qiymətləndirəcək.
    • Rusiya Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə çalışır.
    • Aviasiya sahəsində Rusiya Federasiyasına qarşı sanksiyalar onları tətbiq edənlərə zərər verir.
    • Rusiyaya mövcud vəziyyətə cavab olaraq biznes üçün maksimum “iqtisadi azadlıq” lazımdır.
    • Ukraynanın, demək olar ki, bütün hərbi infrastukturu ləğv edilib.
    • Rusiya və NATO arasında mümkün münaqişənin nəticəsi hər kəsə məlumdur.
    • Kiyevin hazırkı rəhbərliyi başa düşməlidir ki, onlar eyni ruhda davam etsələr, Ukrayna dövlətçiliyinin gələcəyini sual altına qoyurlar.
    • Ukraynanın neytral statusu ölkənin NATO-ya üzvlüyünə mane olmaq üçün lazımdır.
    • Rusiyaya qarşı sanksiyalar müharibə elanına bənzəyir.
    • Rusiyada da neonasistlər var, amma Ukraynadakı kimi hökumətdə yox.
    • Ukrayna tərəfi 6000-dən çox xarici vətəndaşı girov saxlayır və öz vətəndaşları ilə daha da pis rəftar edir.
    • Rusiya Kiyevin Mariupoldan humanitar dəhlizlə bağlı müraciətinə dərhal cavab verib, lakin neonasistlər heç kimi buraxmırlar.
    • Ümid edirik ki, Ukrayna tərəfi Belarusdakı danışıqlarda Rusiya Federasiyasının təkliflərinə müsbət cavab verəcək.
    • Rusiyaya qarşı sanksiyalar müharibə elanına bənzəyir.
    • RF özünü əsas ərzaq məhsulları ilə tam təmin edir.
    • Böyük Britaniyanın xarici işlər nazirinin bəyanatından sonra Rusiya Federasiyasının nüvə qüvvələri xüsusi rejimə keçirilib.
    • Ukraynada Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlara qarşı çıxanları məhkəməsiz güllələyirlər.
    • Putin Rusiya ordusunun Ukraynada qarşısında duran bütün vəzifələri həll edəcəyinə şübhə etmir.
    • Nəqliyyat nazirinin lizinq şirkətləri və təyyarə avadanlıqları ilə bağlı problemin həlli ilə bağlı təklifləri var, şirkətlərlə danışıqlar aparılır

17:01  — Bu gün Belçikada ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub. Tərəflər Ukraynadakı durumu müzakirə ediblər.


16:57  — Putin Ukraynada xüsusi əməliyyat keçirmək qərarını çətin adlandırıb.


16:23  — “Moody’s” Rusiyada kommersiya fəaliyyətini dayandırdığını açıqlayıb.


16:19  Rusiya ilə danışıqların birinci raundunda Ukrayna nümyəndə heyətinin üzvü olmuş Deniks Kireyev öldürülüb.

Ukrayna Təhlükəsizlik Xidmətinn əməkdaşları onu saxlamaq üçün xüsusi əməliyyat keçirib.

D.Kireyev saxlanılan zaman ölüb.

Hadisənin təfərrüatı məlum deyil.


16:10  — Rusiya Mərkəzi Bankı martın 6-9-da avronun məzənnəsini 116.5312 rubldan 115.62 rubla endirib. Dolların məzənnəsi dəyişməyib, yəni 105.81 rublda saxlayıb.


15:29  — Mərkəzi Bank martın 6-9-da avronun məzənnəsini 115.62 rubla endirib, dolların məzənnəsi dəyişməyib – 105,81 rubl.


15:06  — Kreml deyir ki, Rusiya neftinə qadağa enerji bazarlarına ciddi zərbə vuracaq.


14:58  — “Zara”, “Massimo Dutti” və digər brendlərin daxil olduğu “Inditex” Rusiyadan çıxır

“Inditex” Rusiyada 86-sı “Zara” olmaqla 502 mağazasını bağlayır, eləcə də onlayn satışlarını dayandırır.


14:58  — Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynanı hissələrə bölmək üçün xüsusi əməliyyat keçirməyi qarşısına məqsəd qoymur. Onun sözlərinə görə, Rusiya tərəfi yalnız öz təhlükəsizliyi üçün təminat axtarır. Peskov əlavə edib ki, Moskva Avropada “təhlükəsizlik sahəsində balansın dəyişdiyini” və NATO silahlarının artıq Ukraynaya çatdırılmamasını təmin etməyə çalışır.

“2014-cü il dövlət çevrilişindən sonra Ukrayna nasist ideologiyasının təsiri altına düşdü. Biz onu bu ideologiyadan azad etmək istəyirik. Bundan əlavə, Ukraynada NATO infrastrukturunun mövcudluğu artıb ki, bu da Rusiyanın təhlükəsizliyini birbaşa təhdid edir. Biz Ukrayna ərazisinin hissələrə bölünməsini qarşımıza məqsəd qoymuruq, lakin öz təhlükəsizliyimizə zəmanət verməyə çalışırıq”.


14:55  — Ukrayna hakimiyyəti Rusiya hərbçilərini Mariupolda atəşkəsə “əməl etməməkdə” və təxliyənin ləğvinə səbəb olmaqda ittiham edir.


14:53  Azərbaycanın XİN başçısı C.Bayramov Rusiya və Ukraynaya çağırış edib

“Ukraynadakı durum ciddi narahatlıq yaradır. İtkilərin sayı durmadan artır. Azərbaycan və Türkiyə burada çox məsuliyyətli mövqe sərgiləyir”.


14:28  — Böyük Britaniya öz vətəndaşlarına Rusiyaya səyahət etməməyi tövsiyə edib.


14:03  — Kremlin sözçüsü deyir ki, Rusiyadan gedən şirkətlər gələcəkdə onların yerini başqaları tuta bilər.


13:47  — Rusiya ordusu Jitomirdə (Ukrayna) ABŞ və Avropa tərəfindən göndərilən silahların olduğu anbarı məhv etdiyini bildirib.



13:44  — ABŞ dövlət katibi Blinken deyir ki, Ukrayna Rusiyaya qalib gələ bilər.


13:32  — Ukrayna rəsmiləri bildirir ki, müharibə başlayandan indiyə qədər rus ordusu 10 000 hərbi qulluqçu itirib.


12:58  — Kiçik və orta müəssisələrin ümumrusiya təşkilatı “Opora Rossii” Rusiya Mərkəzi Bankına kiçik və orta biznesi dəstəkləmək üçün tədbirlər təklif edib. o

Onlardan biri xarici iqtisadi müqavilələrdə rublla birbaşa ödənişlərə erkən keçidin həyata keçirilməsidir.


12:43  — Rusiyanın Berlindəki səfiri Almaniyadakı diskriminasiya ilə bağlı rusların yüzlərlə müraciətini açıqlayıb.

Səfrilik bunları deyir:

    • Rusiyanın Almaniyadakı səfirliyi həmvətənlərə qarşı ayrı-seçkilik problemi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə nota göndərib.
    • Rusiya Federasiyasının Almaniyadakı səfirlikləri və konsulluqları təhdidlərə baxmayaraq, adi qaydada işləyir.

 


12:40  — Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.



12:02 — eBay martın 3-dən Rusiya və Ukraynaya sifarişlərin çatdırılmasını dayandırıb.


11:41  Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyatı Rusiya ordusunun Mikolayiv (Nikolaiv) şəhərinə doğru irəlilədiyini bildirib.


11:39  — Gürcüstan Bankında hesab açdırmaq istəyən ruslara qarşı qoyulan tələblər:

1. Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzünü pisləyirəm;

2. Razıyam ki, Rusiya 2008-ci ildə Gürcüstanı, 2014 və 2022-ci illərdə Ukraynanı işğal etmiş işğalçıdır;

3. Mən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirəm və Abxaziya və Samaçablo (Cənubi Osetiyanın gürcücə alternativ adı) Gürcüstan olduğunu tanıyıram;

4. Razıyam ki, Rusiya hökumətinin təbliğatını aparmayacağam və ona qarşı mübarizəni dəstəkləyəcəyəm;

5. Mən başa düşürəm ki, bu qaydaların hər hansı pozulması mənim hesabıma xitam verilməsi ilə nəticələnəcək.


11:20  — “PayPal” ödəniş sistemi Rusiyada fəaliyyətini dayandırıb.


10:39  — Boris Conson hesab edir ki, Ukraynada Rusiya ilə Qərb arasında birbaşa hərbi qarşıdurma ideyası hələ ki, reallıqdan uzaqdır.


10:34  — Ural Hava Yolları BƏƏ, Ermənistan, Azərbaycan və İsrailə bütün reysləri ləğv etdi. Bu ayın sonuna qədər davam edəcək.


10:21  — Moskva hakimiyyəti iqtisadiyyatın dayanıqlığını yaxşılaşdırmaq üçün komissiya yaratmaq qərarına gəlinib.

Mer S.Sabyanin deyib.


10:20  — Vyetnamın Səsi radiostansiyası xəbər verir ki, Vyetnam Dövlət Bankı ölkənin kommersiya banklarından Rusiya ilə bağlı bütün əməliyyatlar haqqında ətraflı hesabat təqdim etməyi tələb edib.


09:40  —The New York Times yazır ki, hərbi yardım daşıyan 14 yük təyyarəsi cümə günü Ukrayna sərhədi yaxınlığında yerə enib.


09:26  — “Gucci”, “Chanel”, “Cartier” və digər lüks brendlər Rusiyanı tərk edir.


09:12  —Cənubi Koreyanın “Samsung” şirkəti Ukraynaya qarşı müharibəsi səbəbindən Rusiya bazarını tərk etdiyini bildirib.


09:10  —Beynəlxalq reytinq agentliyi “Fitch” cümə günü Rusiyanın 32 bankının, eləcə də onların yeri və beynəlxalq törəmə müəssisələrinin uzunmüddətli kredit reytinqini aşağı salıb.


08:34  — Sinqapur Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib


07:50  — “ABC”, “Bloomberg” və “CBS” telekanalları Rusiyadan yayımını dayandırıb


06:34  — Baltik Dənizi Dövlətləri Şurasının üzvləri yekdilliklə Rusiyanın təşkilatın işində sonrakı iştirakdan kənarlaşdırılması barədə qərar qəbul ediblər.


05:23  — ABŞ Rusiyanı Ukraynanın nüvə obyektləri yaxınlığında hərbi əməliyyatları dayandırmağa çağırır.


04:58  — Rusiya Prezidenti Vladimir Putin ordunu nüfuzdan salan feyklərə və ölkəyə qarşı sanksiyalara çağırışlara görə cinayət cəzası və böyük cərimələri nəzərdə tutan qanun layihəsini imzalayıb.


04:55  — Monteneqro Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiya təyyarələri üçün hava məkanını bağladığını elan edib.


03:40  — Aİ Ukraynaya humanitar yardım üçün 500 milyon avro ayırır.


03:16 — Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub.


02:30  — Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevi tərk etməsi barədə yayılan xəbərləri təkzib edib.


01:17  — Zelenski NATO-ya reaksiya olaraq bildirir ki, bu gündən bütün həlak olanlar sizin ucbatınızdan öləcək.


01:00  — G7 (Böyük Yeddilik”) ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb.


00:49  — Avropa İttifaqı (Aİ) Rusiya banklarının daha bir hissəsini qlobal banklararası sistemdən (SWIFT) ayırmaq imkanlarını araşdırır.


00:12  —Ukrayna Prezidenti Volodimir Zelenski avropalıları öz şəhərlərinin küçələrinə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək verməyə çağırıb.

Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər