2 C
Baku
Saturday, December 14, 2024

Rusiya-Ukrayna müharibəsinin 8-ci günü

 

22:54 – Ukrayna ordusu: Belarus hərbçiləri Ukraynaya hücum əmri alıb.


22:03 – ABŞ Peskov daxil olmaqla 66 nəfəri “qara siyahı”ya salıb.


22:01 – Britaniya rusiyalı milyarder, “VEB.RF” dövlət korporasiyasının sədri İqor Şuvalova qarşı sanksiyalar qarşı sanksiya tətbiq edib


21:29 – Zelenski Avropa İttifaqına çağırış edib: “Gücünüz yoxdursa, mənə təyyarələr verin”


21:11 – Rusiyanın “Dojd” telekanalı fəaliyyətini dayandırıb


20:40Rusiya və Ukrayna arasında danışıqlar başa çatdı

Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər.

Yaxın günlərdə üçüncü dəfə görüş olacaq


20:55 -Zelenski: “Müharibəni dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə dialoq vacibdir”


20:23 -ABŞ Dövlət katibinin müşaviri bildirib ki, -“Əgər Putin Ukraynadan qoşunları çıxarmağa hazırdırsa, ABŞ da danışıqlara hazırdır”


18:59 -Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb


18:30 -Kanada Rusiya və Belarusu ticarətdə ən əlverişli ölkə statusundan məhrum edəcək

Həmçinin bu ölkələrdən ixraca 35% rüsum tətbiq edəcək


17:57  – Reuters bildirir ki, Estoniyaya məxsus “Helt” yük gəmisi Ukraynanın Odessa şəhərindəki limanın yaxınlığında partlayış sonrası batıb.


17:52  – AİİB Rusiya və Belarusda layihələrin maliyyələşdirilməsini dayandırıb


17:40  – Ukrayna Ali Radası Rusiyanın Ukraynadakı əmlakının məcburi müsadirə edilməsi haqqında qanun qəbul edib.


17:14  – Rusiya Mərkəzi Bankı növbəti üç ayda valyuta ehtiyatlarından istifadə edəcək. Fevralın 25-nədək olan məlumata görə bu $643.2 milyarddır.


16:56  – V.Putin Makrona davam edən raket hücumları və Kiyev və Ukraynanın digər şəhərlərinin bombalanması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını, bunların Rusiya əleyhinə dezinformasiya kampaniyasının elementləri olduğunu söyləyib.


16:56  – Sankt-Peterburq birjası “SPB Exchange” 2022-ci il martın 3-də Moskva vaxtı ilə saat 17:00-da ticarətə başlayacaq.


16:48  – Ukraynaın bu şəhərlərində həyəcan siqnalı verilir:

      • Xarkov
      • Jitomir
      • Vinnitsa
      • Sumi

16:46  – Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurub.


16:34 Ukrayna Milli Bankı uçot dərəcəsinin dəyişməyərək 10% səviyyəsində qalacağını açıqlayıb.


16:27 Volkswagen Qrupu Rusiyada avtomobil istehsalını dayandırmaq qərarına gəlib. Avtomobillərin Rusiyaya ixracı da dayandırılıb.



16:26  – Rusiyalı milyarder “Bazovıy Element”, “Rusal” və “En+Group” şirkətlərinin rəhbəri Oleq Deripaska deyir ki, Rusiyanı ən azı üç il ağır böhran gözləyir.


16:25 –  Ukrayna Prezidenti Volodimir Zelenski deyir:

      • Dost ölkələrin bizə köməyi davam edir, silah dəstəyi artır.
      • Müdafiəmizin bütün xətlərinin təhlükəsizliyi təmin olunub. Ruslar narahat olub. Odessa şəhərini məhv etmək istəyirlər. Amma Qara dənizin ancaq dibini görəcəklər.
      • Onun sözlərinə görə, xaricdən 16 mindən çox əsgər döyüşmək üçün könüllü olaraq. Ukraynaya gəlib.
      • Qarşı tərəf şəhərlərimizə ancaq raket atır. Bu, şəhərlərimizə heç nə edə bilmədiklərinin göstəricisidir.

15:42 “Skoda” və “Suzuki” Rusiyadakı fəaliyyətini dayandırır


15:42 – Tokayev anti-Rusiya sanksiyalarının Qazaxıstana təsiri ilə əlaqədar müəssisələrə və əhaliyə dəstək üçün tədbirlər paketi hazırlamağı tapşırıb.

Büdcəni doldurmaq üçün hakimiyyət bərk faydalı qazıntıların hasilatına görə vergi dərəcələrini üç dəfə artıracaq.


15:35 – İranın keçmiş prezidenti Mahmud Əhmədinejat:

“Sizin şərəfli və demək olar ki, misilsiz müqavimətiniz bəşəriyyətin düşmənlərinin şeytani hiylələrini üzə çıxardı. İnanın ki, böyük İran xalqı sizin bu qəhrəmanlıq əzminizə heyran olaraq yanınızdadır”.


15:24 Formula 1 Rusiya Qran Prisi ilə müqaviləsini tamamilə ləğv edib.


15:20 – “IKEA” Rusiya və Belarusdakı fəaliyyətini dayandırıb.



14:46 “Diageo” Rusiyaya spirtli içkilərin göndərilməsini dayandırıb.

Şirkət “Johnnie Walker”, “Captain Morgan”, “Guinness”, “Smirnoff”, “White Horse” və digər brendlər ilə içkilər istehsal edir.


14:19 – Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsus qırıcı-bombardmançı “SU-34” təyyarəsini vurublar.


14:12 Bu gün birjalarda Rusiya rublu ABŞ dollarına nisbətdə 18% ucuzlaşaraq 1 dollar üçün 117 rubla düşüb.


13:55 Fransa enerji nəhəngi “Rosneft”in rəhbəri və prezident Putinin yaxın köməkçisi İqor Seçinə məxsus yaxtanı ələ keçirib.


13:48 – Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün yerli vaxtla saat 15:00-da baş tutacaq.


13:35 – Polşa Prezidenti bildirib ki,Ukraynadakı hərbi əməliyyatlara qoşulmayacağıq.


13:14 RF xarici işlər naziri Sergey Lavrov bu gün bunları deyir:

      • Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında danışıqlar bu gün baş tutacaq.
      • Fransizlar xoruzdur da, bilirsiz? Onların simvolları da xoruzdur, ona görə də xoruzlanmağı sevirlər.
      • Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında danışıqlar bu gün baş tutacaq.
      • Danışıqlarda Ukrayna nümayəndə heyətinin Vaşinqtondan siqnallar alması şübhəsizdir.
      • Əminəm ki, Ukrayna ətrafındakı böhranın həlli tapılacaq, Rusiyanın şərtləri minimaldır.
      • Nüvə müharibəsindən Rusiya deyil, NATO və Ukrayna danışır
      • NATO Moskvanı çətin seçim qarşısında qoyub.
      • Əminəm ki, Qərbin Ukrayna ətrafında isteriyası keçəcək, onlar dəli olacaqlar
      • Rusiya Ukrayna və bütün Avropa üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.

13:08 – Zelenski: “Müdafiəmizin bütün xətləri qorunub saxlanılıb. Düşmənin heç bir strateji müdafiə istiqamətində uğuru yoxdur. Onlar sıxışdırılıb və məhvə məhkumdurlar”.


13:07 – “Lego” Rusiyaya çatdırılmanı dayandırır, RIA bildirir.


13:00 – Fransa Xarici İşlər Nazirliyi hazırda Rusiyada olan vətəndaşlara bu ölkəni tərk etməyi tövsiyə edib.


12:45 Lukaşenko deyir ki, “Belarusu Ukraynadakı müharibəyə cəlb etmək istəyirlər”.


12:42 Almaniya Ukraynaya daha 2 700 zenit raket göndərəcək.


12:37 Avropada qazın qiyməti 1000 kubmetr üçün $2 267-yə qalxaraq tarixi rekordunu yenidən yeniləyib.


12:21 London birjası Rusiya ilə əlaqəli 27 şirkətin qiymətli kağızlarının ticarətini dayandırıb.


12:18 Dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Braziliyanın “Embraer” şirkəti Rusiya ilə əməkdaşlığı dayandırır.


12:18 Rus ordusunun tankları məhv edilib – Ukraynanın şimalı Sumı və Poltava vilayətlərinin sərhəddində (Ukrayna 24).


12:04 Moskva birjasında (IMOEX) 1 dolların tarixi maksimumu yeniləyərək 110 rubldan yuxarı qalxıb.


12:02 Çerniqovda ruslar neft anbarını atəşə tutublar. 5 min kubmetr yanacaq olan altı çən yanıb:


11:36 Brent xam neftinin bir barreli 121 dolları test edir!


11:35 – WTI neftinin qiyməti 2008-ci ildən bu tərəfə ilk dəfə 115$/bbl. səviyyəsini də ötüb. (Bakı vaxtı ilə 11:34)


11:05 – Rubl kəskin şəkildə möhkəmlənir. Hərracların açılışında dollar 8 rubl (98,02-yə), avro 6,4 rubl (109-a qədər) ucuzlaşıb.


10:59 – “Ukrayna 24”-ün müxbiri bildirir ki, davamlı atəşə baxmayaraq, Ukrayna hərbçiləri Mariupolu qəhrəmancasına müdafiə edir.

🗣:”İndi demək olar ki, bütün şəhər işıqsız və susuz qalıb. Mobil rabitə,demək olar ki, yoxdur. Daha çox dağıntı var. İşğalçılar infrastrukturu dağıtmağa çalışırlar”.


10:45 – Brentin may fyuçersi üzrə qiyməti artıq 119 dollar/barreli geridə qoydu.


10:33 – Xmelnitski və Ternopildə hava hücümundan həyacan siqnalı verilir.


10:30 Dövlət Dumasına təqdim edilən hökumət qanun layihəsinə əsasən, ilin sonuna qədər maliyyə sabitliyini qorumaq üçün Rusiya Bankı kredit təşkilatlarının əməliyyatlarını altı aya qədər dayandıra bilər.


10:18 Rusiyanın kosmik agentliyi Roskosmos xəbər yayır ki, bütün rusiyalı mütəxəssislər Qviana Kosmik Mərkəzini tərk ediblər.


10:17 – BMT bildirir ki, Ukraynadan qaçqın düşənlərin sayı 1 milyonu keçib.


10:15 – Nüfuzlu bank “JPMorgan” bildirir ki, Rusiya defoltla üzləşmə təhlükəsi var. Rusiyaya qarşı Qərbdən gələn sanksiyalar ölkənin dövlət borcunu ödəyə bilməməsi ehtimalını xeyli artırıb.


10:14 – “Avtovaz” martın 5-dən etibarən Tolyatti və İjevskdə avtomobillərin yığılmasını dörd gün müddətinə dayandıracaq.

Şirkət rəhbərliyi bu qərarı Rusiyaya qarşı sanksiyalarla əlaqədar yaranan elektron komponentlərin çatışmazlığı ilə bağlı verib.


10:12 – “Sberbank” iki gün ərzində depozit faizlərinin artması fonunda 1 trilyon rubldan çox xarici valyuta və rublda müştərilərin axını əldə etdiyini bildirib.


10:01 ABŞ lideri Co Bayden cümə axşamı Yaponiya, Avstraliya və Hindistan liderləri ilə virtual sammit keçirəcək, Dehlidən bildirilir.


09:58 – ABŞ Konqresi Rusiyanın bütün dövlət qurumlarına sanksiya qoymağı müzakirə edir.


09:57 – Xarkovda yenidən həyacan siqnalı verilir. (yerli KİV)


09:55 Xarkov hazırda:


09:50 – Oracle, Microsoft-dan sonra dünyanın ikinci ən böyük proqram istehsalçısıdır.


09:48 – Rusiya Mərkəzi Bankı brokerlərə bu gündən etibarən birjadan dollar, avro və funt sterlinq alan fiziki şəxslərdən əqdin dəyərinin 30 %-i qədər komissiya tutmaq barədə təlimat verib.


09:22 – “Buta Airways” Bakı-Həştərxan-Bakı reysini ləğv edib.


08:38 – Brent markalı xam neftin may fyuçersi üzrə bir barrelinin qiyməti $119-a çatır.


08:03 – Xarkovun mərkəzi hazırda:


07:20 – Haaqa tribunalı Rusiyanın Ukraynaya hücumu ilə bağlı təhqiqata başlayıb.


07:20 – Şimali Koreya lideri 3-cü Dünya Müharibəsinə hazırlıq barədə göstəriş verib


04:24 – Şəhərin meri İqor Kolixayev təsdiqləyib ki, Xersonda Ukrayna ordusu qalmayıb.


03:47 – Aİ Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək.


03:40 Müharibədən fotolar:


03:38 “SWIFT” martın 12-də Rusiya banklarını sistemdən ayıracaq


03:20 – Dünya Bankı Rusiya və Belarusdakı proqramlarını dayandırır.


03:06 – “Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli xarici valyutada kredit reytinqini “BBB”-dən “B”yə endirib.


03:01 – Roman Abramoviç Ukrayna müharibəsi qurbanlarına kömək etmək üçün xalis gəlirlə “Chelsea” futbol klubunu satır.


02:47 – Zelenski deyir ki, bir həftədə Rusiya ordusunun 9 min hərbçisi öldürülüb.


02:34 – Kiyevin dəmiryol vağzalında güclü partlayış olub


02:06 – Çərşənbə günü, Rusiyanın “Su-25” təyyarəsi Kiyevətrafı ərazini bombalayarkən məhv edilib.


01:59 – İsveç Silahlı Qüvvələri məlumat yayıb ki, Rusiyanın dörd qırıcısı çərşənbə günü Baltik dənizi üzərində İsveçin hava məkanını qısa müddətə pozub.

“Mövcud vəziyyətdə biz bu hadisəyə çox ciddi yanaşırıq”.


01:30 – Rusiya səfiri bildirir ki, Türkiyənin Möntrö razılaşmasına “əməl etməsini alqışlayırıq”.


01:17 – ABŞ Rusiyanın müdafiə sektoruna qarşı sanksiyalar tətbiq edir. Məhdudiyyətlər 22 təşkilata təsir edəcək.

Müharibənin 7-ci günü barədə

Son xəbərlər
Digər xəbərlər