9 C
Baku
Thursday, December 12, 2024

1 ayda Naxçıvanda nə qədər bank hesabı açılıb? – Rəsmi

2021-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 2 619 bank hesabı açılıb ki, bunun da 2 618-i aktiv hesablar olub.

Banker.az Naxçıvan Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, 1 fevral 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 92 981-ə çatıb ki, bunun da 80 916-sı və ya 87 faizi aktiv hesablardır.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 fevral 2021-ci il tarixə 1 417-yə çatmışdır.

Son xəbərlər
Digər xəbərlər