23 C
Baku
Friday, April 19, 2024

1 dollar 2 manat olmayacaq

“Ziraat Bank Azərbaycan” ASC bu gün açıqlama yayaraq ASC İdarə Heyətinin sədri Avni Demircinin adından manatın kursu ilə bağlı verilən bəyanata aydınlıq gətirib.

Bankdan virtualaz.org saytına verilən açıqlamada deyilir ki, dekabrın 11-12-də Azərbaycanın bəzi KİV-lərində “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Avni Demircinin ölkədə 1 dolların 2 manat ola bilməsini ifadə etdiyinə dair yanlış məlumatlar yayılıb.

“İctimaiyyətin, o cümlədən müştərilərimizin nəzərinə çatdırmaq istəyirik ki, bu məlumatların heç bir əsası yoxdur və onlar həqiqətə uyğun deyil. 152 illik tarixə malik olan “Ziraat Bank” fəaliyyətdə olduğu ölkələrin iqtisadiyyatına dair araşdırma və proqnozlarını kütləvi informasiya vasitələrində paylaşmamaq prinsiplərinə sahibdir.

Təmsil etdiyimiz bank dünyanın 18 ölkəsində fəaliyyət göstərir və hər bir ölkədə biz yerli valyutaya güvənirik. Qardaş ölkə Azərbaycanın milli valyutası və iqtisadiyyatının sabitliyinə güvənimiz hər zaman olduğu kimi yüksəkdir”.

Bank bəyan edir ki, bu tərz yanlış və həqiqətə uyğun olmayan xəbərlərə qarşı hüquqları qanunvericilik çərcivəsində qorunur: “İctimaiyyətdən və müştərilərimizdən KİV-lərdə yayınlanan yanlış və həqiqətə uyğun olmayan xəbərlərə etibar edilməməsini xahiş edirik”.

Son xəbərlər
Digər xəbərlər