10 C
Baku
Friday, December 13, 2024

1 milyon manatlıq “Bakı Dəmir Beton-8” şirkəti dividend ödəyəcək

“Bakı Dəmir Beton-8” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi Yığıncağı 23 iyun 2023-cü il saat 11:00-da  Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli, 11/33 ünvanında keçiriləcəkdir. Səhmdarların iştirakı məqsədəuyğundur.

Banker.az xəbər verir ki, ümumi Yığıncaqda müzakirə olunacaq məsələlər aşağıdakılardır:

1. Açıq Səhmdar Cəmiyyətin 2022-ci il üçün illik maliyyə hesabatı.

2. Dividendlərin verilməsi.

Qeyd edək ki, “Bakı Dəmir Beton – 8” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 959 664 manatdır və qanuni təmsilçisi Ənvər Nağıyevdir.

Son xəbərlər
Digər xəbərlər