“İnnovasiyalar Mərkəzi” 1 saylı “ASAN Kommunal”ın icarəsi üçün 660 min manat xərcləyəcək.
Banker.az xəbər verir ki, “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin icarəsinə dair satınalma prosedurunu yekunlaşdırıb.
Satınalma müqaviləsinə əsasən, MMC Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən və 1-ci daxil olmaqla 2-ci mərtəbələri əhatə edən 2 660 kvadratmetrlik qeyri-yaşayış sahəsini fiziki şəxs İbadova Sevinc Vəkil qızından icarəyə götürüb.
Sözügedən icarə müqaviləsinin ümumi dəyəri 660 000 manat təşkil edir.






