9 C
Baku
Friday, December 13, 2024

1 ton pomidor 1032 dollar valyuta gətirib

Azərbaycan 2018-ci ildə 177 milyon 381 min dollar dəyərində pomidor ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.

“2018-ci ildə Azərbaycan 177 milyon 381 min dollar dəyərində 171 min 921 ton pomidor ixrac edib. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 19,4%, dəyər ifadəsində 17% artıb”, – deyə məlumatda bildirilir.

1 ton pomidor ölkəyə 1032 dollar valyutanın daxil olmasını təmin edib.

Hesabat ilində pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, 2018-ci ildə bu ölkəyə 176 milyon 263 min dollar dəyərində 170 min 315 ton (bütün ixracın 99,06%-i) pomidor ixrac olunub. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 11,2%, dəyər ifadəsində 16,5% artıb.

2017-ci ildə Azərbaycan 151,6 milyon dəyərində pomidor ixrac edib, pomidorların əsas həcmi Rusiyaya tədarük olunub.

Son xəbərlər
Digər xəbərlər