6 C
Baku
Sunday, December 15, 2024

10 ən varlı insanın kapitalı dünya əhalisinin 40%-nin sərvətini ötüb

On ən varlı insanın kapitalı Yer kürəsinin sakinlərinin 40%-nin ümumi sərvətini üstələyir və 12.7 trilyon dollar təşkil edir. Banker.az xəbər verir ki, bu barədə “Oxfam” xeyriyyə və humanitar təşkilatı məlumat yayıb.

Bildirilir ki, 2688 milyarderin ümumi sərvəti dünyanın ən yoxsul 3.1 milyard insanın ümumi sərvətindən yüksək olub. Eyni zamanda, iki il ərzində milyarderlərin sayı 573 nəfər artıb. Təşkilat vurğulayır ki, hər 30 saatdan bir dünyada bir yeni milyarder peyda olur.

Dünyada iki il ərzində milyarderlərin ümumi sərvəti son 23 ildəkindən daha sürətlə artıb. Onların məcmu kapitalı hazırda dünya ÜDM-nin 13.9%-nə bərabərdir ki, bu da 2000-ci ildəkindən üç dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər