2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda şprislərin istehsalını artarkən, tibbi maska istehsalı isə azalıb.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə şpris istehsalı 50,77 milyon ədəd təşkil edib.
Bu, 2025-ci ilin eyni dövründəki 31,69 milyon ədədlə müqayisədə 60,2% çoxdur.
Tibbi maska istehsalı isə 3,32 milyon ədəd olub. Ötən ilin ilk altı ayında 1,85 milyon ədəd maska istehsal edilmişdi. Beləliklə, maska istehsalı illik müqayisədə 79,6% artıb.
Qeyd olunan iki məhsul üzrə ümumi istehsal 2026-cı ilin ilk yarısında 54,09 milyon ədədə çatıb. Bu, 2025-ci ilin eyni dövründəki 33,55 milyon ədədlə müqayisədə 61,2% çoxdur.






