-3 C
Baku
Sunday, December 15, 2024

Dünyanı sarsıtmış böhran yenidən təkrarlana bilər – ABŞ-da ipoteka borcları rekord həddə

On il əvvəl dünyanı sarsıtmış iqtisadi böhran yenidən təkrarlana bilər və bunun səbəbkarı yenə də amerikalılardır

On bir il əvvəl “Lehman Brothers” investisiya bankının çökməsi ilə çoxillik tənəzzülə səbəb olmuş qlobal maliyyə böhranı baş verdi. Bu hadisədən əvvəl isə ABŞ-da ipoteka böhranı hökm sürürdü.

Lakin maliyyə böhranın təkrarlanma riski yenidən ortaya çıxıb. Belə ki, amerikalıların ipoteka borcları yenə artıb – bu rəqəm hətta 2008-ci ilin üçün olan göstəricini keçərək rekord həddə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzuya dair təqdim etdiyi şərhində 2008-ci ilin böhran senarisinin təkrarlanma ehtimalından danışıb.

Yeni rekord

 Sözügedən maliyyə böhranı 2007-ci ilin əvvəlində yüksək riskli ipoteka kreditlərinə təsir etməyə başladı. 2008-ci ildə isə böhranın ikinci dalğası standart ipoteka kreditləri seqmentini vurdu (bu seqmentdə banklar tərəfindən verilən borclar dövlət ipoteka korporasiyaları tərəfindən yenidən maliyyələşdirilir). Artıq 2008-ci ilin üçüncü rübünün əvvəlində ABŞ-da ipoteka borcu 9,294 trilyon dollara çatırdı.

Lakin hazırda amerikalıların ipoteka borcu hətta 2008-ci il üçün olan göstəricini keçir. Bunu Nyu-York şəhərinin Federal Ehtiyatlar Bankının təqdim etdiyi statistika da təsdiqləyir. Belə ki, bu ilin ikinci rübündə bu ipoteka borcu 162 milyard artaraq 9,4 trilyon dollara çatıb. Qeyd edək ki, daxili borcun (13,86 trilyon dollar) ən böyük hissəsi elə ipoteka borclarının payına düşür.

Əsas risk qeyri-bank təşkilatlarıdır

Nyu-York Federal Ehtiyatlar Bankının iqtisadçıları iddia edirlər ki, amerikalıların ipoteka borcları ilə bağlı hazırkı vəziyyət 11 il əvvəl müşahidə olunmuş vəziyyətdən tamamilə fərqlənir. Hazırda kredit vermə şərtləri daha da sərtdir və kreditlərin qaytarılmasında yubanma hallarına daha az rast gəlinir.

“Hazırkı ipoteka borcunun 2008-ci ilin üçüncü kvartalında müşahidə olunmuş maksimum həddi nominal olaraq aşmasına baxmayaraq, borclar üzrə ödəniş etməmə halları azalıb, borc götürənlərin kredit tarixçələri isə yaxşılaşıb”, – Federal Ehtiyatlar Bankının Baş Vitse-Prezidenti Uilbert van der Klaauv qeyd edib.

Lakin “JP Morgan Сhase” bankının analitikləri hesab edirlər ki, ipoteka kreditləri bazarının strukturunda baş vermiş dəyişikliklər bir sıra risklər yaradır. Belə ki, 2018-ci ildə bazarın 80 faizi qeyri-bank təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərinin payına düşüb (böhrandan əvvəl bu rəqəm 20 faizdən aşağı idi). Məsələ bundadır ki, qeyri-bank kredit təşkilatları adətən kapitallaşma baxımından yüksək göstəriciyə malik olmurlar. Bundan başqa, qeyri-bank kredit təşkilatlarının biznesdən çıxması halında onların xidmətlərini göstərməyin kimin öhdəsinə düşdüyünü müəyyənləşdirən dəqiq bir mexanizm yoxdur.

Yeni böhranı oyadacaq səbəblər

Dollar yeni böhranın yaranması üçün səbəblərdən biri ola bilər. “Bloomberg” agentliyinin analitikləri hesab edirlər ki, amerikan valyutasının məzənnəsinin sürətlə artması iqtisadiyyata ziyan vurur və yaxın gələcəkdə tənəzzülə səbəb ola bilər.

Ekspertlər izah edirlər ki, qüvvətli dollar ABŞ-ın trilyonlar dəyərində borcları olan transmilli korporasiyalarının mənfəətini “yeyir”. Belə şirkətlərə misal olaraq “Сoca-Cola”, “Caterpillar” və “Boeing” şirkətlərini göstərmək olar.

ABŞ Prezidenti Donald Tramp da dollarla bağlı narahatlığını bildirib: “Federal Ehtiyatlar Sisteminin digər ölkələrlə müqayisədə qoyduğu yüksək faiz dərəcəsi dollarımızı həddindən artıq yüksək səviyyədə saxlayır”.

Lakin ekspertlərin fikrincə, Trampın dolları zəiflətmək cəhdləri uğursuzluqla nəticələnək.

Bundan başqa, “JP Morgan Chase” bankının hesablamalarına görə, qlobal böhran 2020-ci ildə baş verəcək. Buna səbəb kimi isə amerikan indekslərinin düşmə ehtimalı göstərilir. Bankın analitikləri qeyd edirlər ki, 2007-2008-ci illərin böhranı zamanı “S&P 500” fond indeksinin düşməsi müşahidə edilirdi.

©Sputnik Azərbaycan

 

Son xəbərlər
Digər xəbərlər