2 C
Baku
Saturday, December 14, 2024

10 min dollardan artıq problemli kreditləri olanlara mühüm xəbər: təkliflər artıq hazırlanıb

Son vaxtlar 10 min dollardan çox olan problemli kreditlərlə bağlı güzəştlərin ediləcəyi bildirilir. Bu barədə yerli KİV-lərdə müxtəlif məlumatlar yayılıb.

İqtisadçı-deputat Vahid Əhmədov bununla bağlı açıqlamasında bildirib ki, 10 min dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur.

Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib: “Biz hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir, hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm”.

vahid əhmədovQeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.

Son xəbərlər
Digər xəbərlər