Banker.az iqtisadiyyatla bağlı bəzi maraqlı məqamları diqqətinizə çatdırır.
- Amerika inqilabı zamanı elə bir inflyasiya yaşanmışdı ki, qarğıdalının qiyməti 10000, buğdanın qiyməti isə 14000% artmışdı.
- 1060-cı ildə İngiltərədə yonca yarpağı şəklində pul (əskinas) buraxılmışdı.
- 20-ci əsrə qədər Solomon adasında it dişləri pul pul əvəzinə istifadə olunurdu.
4. 1920-ci illərdə Veymar Respublikasında (və ya rəsmi olaraq Almaniya İmperiyası) bir ABŞ dolları 4.000.000.000.000 Alman markına bərabər idi
- 1975-ci ilə qədər Amerikada dəyərli maddədən düzəldilən hər bir pul (əskinas, qəpik) keçərli idi.
- 1960-cı ildəki Roma Yay Olimpiya oyunlarında TV yayımdan qazanılan gəlir sadəcə 1.2 mln. dollar idi.
- Alternativ xərclər
İnsanlar davamlı olaraq dəyişdirmə (mübadilə) halındadırlar. Resursların məhdud olması səbəbi ilə bəzi mövzularda seçim etmək lazım olur. Bu baxımdan istədikləri şeyləri ala bilmirlər, bəzi şeyləri başqa şeylərlə əvəz etmələri gərəkir. Alternativ xərclər isə bu müddət ərzində imtina edilmiş digər ən yaxşı alternativlərin dəyərini qısaca xarakterizə edir.
- “Facebook” həqiqətən pulsuzdur?
“Facebook”-a ödəniş etməsək də, vaxtımızı “xərcləyirik”. Yəni daha gəlirli başqa işlər görmək əvəzinə vaxtımızı “Facebook”-da xərcləməyimiz bizə digər imkanlarımızı dəyərləndirməyə mane olur. Bu nöqteyi nəzərdən iqtisadçılar ABŞ-da bir tələbənin “Facebook” istifadə “xərcini” illik 3650 dollar olaraq qiymətləndirib.
- Nə üçün avtomobil salondan (galaery) “çıxdıqdan” sonra böyük dəyər itirir?
Bu sualın cavabı, “limonlar bazarı” modeli, yəni bir tərəfin digərinə görə daha yaxşı və ya daha çox məlumatlı olduğu alqı-satqı əməliyyatlarındakı asimmetrik məlumatda dayanır. Bu vəziyyətin yaratdığı problem salon (galaery) sahiblərinin bir az azalır və beləliklə, alıcılar daha yüksək qiymət üçün xərc çəkməyə razı olurlar.
- Makroiqtisadiyyat və Mikroiqtisadiyyat
Makroiqtisadiyyat iqtisadiyyatı bir bütün olaraq əhatə edir. Makroiqtisadiyyat toplam rəqəmlərə və ölkənin bütün infrastrukturuna fokuslanır. Bu baxımdan makroiqtisadiyyat geniş bir perspektiv vəd edir.
Mikroiqtisadiyyat isə kiçikmiqyaslı sahələri (kiçik fərdləri, sahibkarlıq subyektlərini) araşdırır. O, bu sahələri araşdıraraq, bir növ qərarların qəbul edilməsi proseslərinə yaxından iştirak edir.
Əhatə dairəsinə görə hər nə qədər də fərqlənsələr də, makro və mikroiqtisadiyyat bir-biri ilə sıx bağlıdır.