İşləyən pensiyaçıların pensiyalarında növbəti dəfə artım olacaq.
Millət vəkili Vüqar Bayramov deyib ki, işləyən vətəndaşların pensiyalarında bu il iki dəfə artım mümkündür.
Onun sözlərinə görə, birinci artım pensiyaların indeksləşdirilməsi ilə bağlıdır.
İkinci artım isə işləyən pensiyaçıların fərdi pensiya kapitalının yenidən hesablanması ilə bağlıdır. Qanunvericiliyə əsasən, vətəndaş əmək fəaliyyətini davam etdirdiyi müddətdə onun fərdi hesabında pensiya kapitalı toplanır.
Beləliklə, əmək fəaliyyəti davam edən pensiyaçılar işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa, o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilərlər.







